Özəl baytarlıq xidməti yaradılacaq
16:30 22 İyun 2016
Kənd Təsərrüfatı Nazirliyi baytarlıq xidməti çərçivəsində islahatların aparılması üçün yeni addım planlaşdırır.
Nazirlikdən Femida.az-ya verilən məlumata görə, dövlət büdcəsi hesabına çalışan sahə baytarlıq məntəqələri ilə yanaşı, özəl xidmət göstərən baytar həkimlərin fəaliyyətlərinin də mexanizmi hazırlanır. Məqsəd qida təhlükəsizliyinin təminatını yüksək səviyyəyə çatdırmaq, heyvan sağlamlığını yaxşılaşdırmaq, daha savadlı baytar kadrların yetişməsinə dəstək vermək və büdcədən baytarlıq xidmətinə yönəldilən vəsaitin səmərəli istifadəsinə nail olmaqdır.
Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi ilə Dünya Bankının birgə icra etdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində beynəlxalq məsləhətçi fəaliyyətə başlayıb və ilkin tövsiyələrini nazirliyə təqdim edib.
Kənd Təsərrüfatı Nazirliyi mütəxəssisləri özəl baytarlıq xidməti fəaliyyətinin tətbiqi üçün dünyanın bir çox ölkələrində sınaqdan keçirilmiş modellərlə tanış olublar. Azərbaycan üçün ən uyğun modelin mərhələli keçid olduğu qərara alınıb. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi seçilmiş pilot rayonlarda dövlət baytarlıq məntəqələri ilə paralel olaraq özəl baytarlıq xidmətlərinin də fəaliyyətə başlamasına şərait yaradaraq dəstək verəcək.
Oxunub: 1357
Oxşar xəbərlər
- Özəl klinikada xəstənin başına gəlməyən qalmadı
- Özəl klinikada qadını bu vəziyyətə saldılar - FOTO
- Özəl klinikalarla müqavilə bağlayarkən diqqətli olun! - ARAŞDIRMA
- Özəl klinikada biabırçılıq - Ana olmaq üçün getdi, lakin... (FOTOLAR)
- Özəl universitetlərin inkişafı stimullaşdırılacaq
- Özəlləşdiriləcək 65 müəssisənin adı açıqlandı
- Özəl tibb müəssisələrinin monitorinqi aparılacaq
- Özəl məktəblərlə bağlı yeni qərar
- Özəl tibb fəaliyyəti ilə məşğul olanlara - Qadağa
- Özəl tibb fəaliyyəti ilə bağlı yeni qayda