Özəl klinikada biabırçılıq - Ana olmaq üçün getdi, lakin... (FOTOLAR)


20:45     09 Fevral 2017 IMG_6954.JPG

Budaqova Səltənət İbrahim qızı sonsuzluq problemi ilə bağlı müayinə üçün həyat yoldaşı Qasımov Cabir Sabir oğlu ilə birlikdə Sumqayıt şəhərində fəaliyyət göstərən "Şəfqət" klinikasına müraciət edib. Xəstəxanada müalicə zamanı istifadə müddəti keçmiş dərmanlar ineksiya yolu ilə qadının qanına vurulub.


Bu iddia ilə Səltənət Budaqova özü Femida.az-a müraciət edib. O bildirib ki, klinikaya bu ilin yanvar ayında gedib, lakin xoşagəlməz hal ilə qarşılaşıb:

“Mən klinikanın baş həkimi Fikrət Baxşəliyevə müraciət etmişdim. O da məni UZİ-yə göndərdi. Daha sonra biz müalicə üçün 7 gün xəstəxanaya gəlməli idik. Həmin gündən müalicəyə başladıq. İkinci dəfə gedəndə iynələrin adını bilmək üçün boş qablarını özümlə götürdüm. Qarnıma, damarlarıma 4 ədəd vaxtı keçmiş iynə vurulub. Birindən başqa 3 ədədinin ampulası məndə var. Evdə baxanda gördüm ki , birinin 2015-ci il iyul ayında, digərinin isə 2016-cı ilin aprel ayında istifadə müddəti bitib.



Artıq növbəti dəfə xəstəxanaya gedəndə tibb bacısından şpristə çəkilən iynənin boş şüşəsini ona götərib dedim ki, bunun istifadə müddəti bitib. Qız mənə dedi ki, bu onluq bir iş deyil, baş tibb bacısına müraciət edim. Mən özümlə gətirdiyim ampulaları ona göstərib dedim ki, bu 3 gün öncə də təkrar olunub”.






Səltənət Budaqova deyir ki, xəstəxanda olan insanlar hadisədən xəbər tutmasın deyə, digər xəstələri otaqdan çıxarıblar:

“Otaq dolu xəstə idi. Onları otaqdan çıxarıb, qapını bağlayıb həyat yoldaşımla məni içəridə saxladılar. Dedilər ki sizi təmənnasız müalicə edəcəyik, pulunuz geri qaytarılacaq, amma səs salmayın”- deyə, şikayətçi bildirib.




İynələrin qanına vurulduğuna görə narahat olan qadın deyir ki, daha sonra klinikanın baş həkimi Fikrət Baxşəliyevlə görüşüb. Məlum olub ki, bu hadisə xəstəxanada bir neçə dəfə baş verib:

“Fikrət Baxşəliyev əvvəl söhbətdən yayındı, sonra dedi ki, bu hal bizim xəstəxanada ilk dəfə deyil, bir neçə dəfə olub. Qızların səhlənkarlığıdır, onları cəzalandırmışıq. Uşağınız olana qədər sizi pulsuz müalcə edəcəyik. Ancaq söhbət burada qalsın. Hər şeyi verən Allahdır. Mənə təmənnasız müalicə lazım deyil. Mən vicdanımı pula satmaram”.




Qeyd edək ki, “Şəfqət” özəl tibb klinikasında ilk dəfə baş verən xoşagəlməz hal deyil. Ötən il də xəstəxanada Ağdam rayon sakini Sevinc Mirzəyeva adlı bir qadına səhv diaqnoz qoyaraq uşaqlıq orqanını çıxarıblar.

Femida.az məsələni gündəmdə saxlayacaq.

Oğuz Altay
Femida.az

Açar sözlər:

Oxunub: 14082