Sarkisyan təcili Azərbaycana gəlir – Prezidentlərin görüşündən sonra


19:01     22 İyun 2016 sarkisyan%2012.jpg

Ermənistan prezidenti Serj Sarkisyan bu gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edəcək.


Femida.az-ın məlumatına görə, bu barədə `İnterfax` agentliyi diplomatik mənbələrə istinadən xəbər verib.

Mənbə vurğulayıb ki, Sarkisyan qondarma `DQR-ın rəhbərliyi` ilə görüşlər keçirəcək və Qarabağda bir neçə rayona baş çəkəcək.

Qeyd edək ki, iyun 20-də Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair görüş keçirilib. Görüşdən sonra Azərbaycan və Ermənistanın XİN rəhbərləri açıqlama yayaraq danışıqların uğurlu keçdiyini bəyan ediblər.

Birgə bəyanatda qeyd olunub ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm olaraq üçtərəfli görüşləri davam etdirmək barədə razılığa gəliblər.

Açar sözlər:

Oxunub: 6842