Sarkisyan Qarabağa gəlib


14:34     02 Dekabr 2017 5f1ec09a-b8b1-465b-9c4f-84909b3e4d84.jpg

Ermənistan prezidenti Serj Sarqsyan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlib.


Femida.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, özü ilə Yerevandan bir qrup yüksək rütbəli hərbçi də gətirib.

S.Sarqsyan işğal olunmuş ərazilərdəki separatçılarla ilin yekunlarına dair toplantı keçirib. Tədbirdə Ermənistan Silah Qüvvələrinin hərbçiləri də iştirak ediblər.

S.Sarqsyanın Azərbaycan torpaqlarındakı işğalçı qüvvələrin hərbi hissələrinə baş çəkəcəyi də gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 850