Roma Papası Ağrı dağına göyərçinlər buraxacaq


04:33     23 İyun 2016 roma%20papasi4.jpg

Roma Papası Fransiskin Ermənistana gözlənilən səfəri onun erməni xalqı ilə yaxınlığını göstərmək istəyini vurğulayır.


Femida.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Müqəddəs taxt-tacın mətbuat katibi ata Federiko Lombardi Roma Papasının Ermənistana səfərinə həsr olunmuş mətbuat konfransında deyib.

F. Lombardinin sözlərinə görə, səfər zamanı Papa qondarma erməni soyıqırmı qurbanlarının yaxınları ilə görüşəcək: “Bundan başqa o, Ermənistan rəhbərliyi və dini liderləri ilə görüşlər keçirəcək. Papa Gümrüyə gedərək açıq səma altında dini ayin icra edəcək”.

Mətbuat katibi qeyd edib ki, Papa Fransisk Türkiyə sərhədi yaxınlığındakı Xor Virap kiləsisini ziyarət edərək Ağrı dağı istiqamətində göyərçinlər buraxacaq.

Açar sözlər:

Oxunub: 3061