Daha 6 ölkə Avropa İttifaqından çıxacaq


18:31     25 İyun 2016 avropa.jpg

Ekspertlər Böyük Britaniya ilə yanaşı, Avropa İttifaqından çıxmağa hazırlaşan daha 6 ölkənin adını açıqlayıblar.


Femida.az xəbər verir ki, ekspertlərin rəyinə görə, Niderland, Fransa, Yunanıstan, İsveçrə, Macarıstan və Danimarka ittifaqdan çıxmağa ən real namizədlərdir.

Bir gün öncə İtaliyanın XİN başçısı Franko Frattini Birləşmiş Krallığın gedişinin ittifaqın süqutu yolunda ilk addım adlandırmışdı.

İsveçrə artıq uzun müddətdir ittifaqla öz arasına müəyyən məsafə qoyur.

Yunanıstan da ölkədəki böhran fonunda birliyi tərk edəcəyinə dair bir neçə dəfə bəyanatlar səsləndirib.

Danimarka və Niderland isə qaçqınlar problemi ilə bağlı Aİ ilə fikir ayrılığına düşüb.

Fransaya gəlincə, Britaniya referendumunun nəticələri açıqlandıqdan dərhal sonra ilk təşəbbüslər səsləndirildi./ölke.az/

Açar sözlər:

Oxunub: 2284