Sarkisyan Ərdoğana teleqram vurdu


13:54     30 İyun 2016 87652.jpg

Ermənistan prezidenti Serj Sarkisyan İstanbulda baş verən terror aktı ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı teleqramı göndərib.



Bu barədə Femida.az erməni KİV-nə istinadən xəbər verir.

Sarkisyan teleqramda İstanbuldakı terror aktını qəti şəkildə pislədiyini, həmçinin hadisə nəticəsində ölənlərin yaxınlarına başsağlığı verdiyini qeyd edib.

Qeyd edək ki, son məlumata əsasən, iyunun 28-də Atatürk aeroportunda baş verən terror aktı nəticəsində 42 nəfər həlak olub, 240 nəfər isə yaralanıb.

Açar sözlər:

Oxunub: 9116