Sarkisyan Kerri ilə Qarabağı müzakirə edib


01:15     01 İyul 2016 975e0b05bd90c8366cea7e4dc0c8bb04.jpg

Ermənistan prezidenti Serj Sarkisyan və ABŞ-ın dövlət katibi Con Kerri aralarında keçirilmiş telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.


Femida.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

“Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə keçirilən danışıqlar prosesində son hadisələri, xüsusən, Vyana və Sankt Peterburq görüşlərində əldə olunan razılaşmaların icrası prosesini müzakirə ediblər”, - deyə məlumatda qeyd olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 1337