Dünyada məşhur ifaçıdan Türkiyəyə dəstək


04:30     02 İyul 2016 600@0%20(70)8.jpg

Dünyada məşhur Britaniya rok qrupu "Coldplay" Berlində verdiyi konsertdə Atatürk hava limanındakı terror hadisəsini unutmayıb.



Femida.az-ın məlumatına görə, qrupun solisti Kris Martin "Everglow" mahnısını oxumadan əvvəl pianonun üstünə Türkiyə bayrağını sərib və mahnısını İstanbul üçün oxuyub.

"Bu mahnını İstanbuldakı, Türkiyədəki hər kəsə göndəririk. Türkiyə bayrağı ilə onlara sevgilərimizi yollayırıq". K.Martinin türkcə salamlaşaraq "merhaba, efendim" deməsi uzun müddət alqışlanıb.




İyun ayının 28-də İstanbulda Atatürk Hava Limanında iki partlayış olub. Terrorçulardan biri insanlara atəş açıb, daha sonra isə özünü partladıb. Baş nazir Binali Yıldırım aeroportda baş vermiş partlayışla bağlı DİN rəhbəri Əfqan Al və İstanbul valisi Vasip Şahinlə telefon əlaqəsi qurub. Binali Yıldırım, həmçinin hadisə ilə bağlı böhran qrupunun yaradılmasına dair göstəriş verib. Son məlumatlara görə, terakt zamanı 43 nəfər ölüb 239 nəfər isə yaralanıb.

Açar sözlər:

Oxunub: 1149