Dünyada zorakılıq halları - İslam ölkələri öndədir


13:58     02 Oktyabr 2017 159080_m.jpg

Son vaxtlar dünya mətbuatında zorakılıq xəbərlərinin sayı artıb.


Femida.az xəbər verir ki, İslam ölkələrində qadınlar daha çox zorakılığa məruz qalır. Hindistanda yerli və xarici qadınların zorlanması artıq adət halına çevrilib. Çoxmillətli ölkədə hər 20 dəqiqədən bir qadın zorakılığına rast gəlinir. Təqdim olunan hesabata əsasən, Hindistanda zorlama halları 2010-cu ildən bəri 7,1 faiz artıb. Həmçinin o da qeyd olunur ki, Hindistan dünyada yeganə yerdir ki, bir qadın oraya getməzdən öncə iki dəfə düşünməlidir.

Aparılan sosioloji sorğu zamanı 65 milyonluq əhalisi olan Fransada cəmi 121 qadın ailədaxili zorakılığa məruz qaldığı deyilir. Əhalisi 40 milyon nəfər olan Əlcəzairdə 400 nəfər qadın ailədaxili zorakılığa məruz qalıb.

Marokkoda isə hər 10 qadından 6-sı mütləq zorakılıq qurbanıdır. Beləliklə də, marokkolu qadınların 62,8 faizi ailə daxilində zorakılıq görür. Tunisdə bu rəqəm 47 faiz təkil edir.

Cənubi Afrikada bir ildə 70.000 qadın cinsi zorakılığa məruz qalır.

Buna baxmayaraq, xristian ölkələrində də zorakılıq halları mövcuddur. Kanada da hər 3 qadından birinin zorlandığı bildirilir. İsveç də Avropanın zorakılıq hallarının çox olduğu ölkələrdəndir.

Femida.az

Açar sözlər:

Oxunub: 1202