Dünyada yeni təhlükəli bakteriya aşkarlanıb
02:18 11 Sentyabr 2016
Afrikada Sibir xorasına bənzər xəstəliyə səbəb olan təhlükəli bakteriya aşkar edilib. Həm ev, həm də vəhşi heyvanları yoluxdura bilən bu bakteriya hələ ki, yalnız heyvanlarda aşkarlanıb. Amma onun insanlar üçün də təhlükəli ola biləcəyi ehtimal olunur.
“Femida.az xəbər verir ki, yayılan bakteriya Sibir xorasını yaradan "Bacillus anthracis" bakteriyasının bir növüdür. Praktiki olaraq hər yerdə rast gəlinən "Bacillus cereus" mikroorqanizmi son ana qədər zərərsiz hesab edilirdi. Ancaq Afrikada aşkar edilmiş bu bakteriya ciddi təhlükədən xəbər verir. Belə ki, Konqoda, Kamerunda, Mərkəzi Afrika Respublikasında və Kot-d`İvuarda müxtəlif heyvanlardan götürülmüş nümunələrdə bu bakteriya aşkar olunub. Bakteriyanın yoluxduğu şimpanze, qorillalar, fil və keçilərin əksəriyyəti isə ölüb.
Tədqiqatçılar əmindirlər ki, aşkar edilmiş mikroorqanizm ehtimal ki, çox geniş arealda yayılıb və bütün Afrika qitəsində rast gəlinir. Qorillalarda və şimpanzelərdə tapılan bu bakteriya insanlar üçün də potensial təhlükədən xəbər verir.
Oxunub: 1638
Oxşar xəbərlər
- Dünyada bir ilk - İnsandan insana baş köçürülüb
- Dünyada zorakılıq halları - İslam ölkələri öndədir
- Dünyada yeni ölkə yaradılır - Adı “Zibil adaları”dır
- Dünyadakı azərbaycanlı “qanuni oğru”ların sayı açıqlandı - ADLAR
- Dünyada ən çox alkoqolu bu xalq qəbul edir
- Dünyadan əl çəkə bilməyən şairin güllələndiyi gündür
- Dünyada ən sürətli internet bu ölkələrdədir
- Dünyada məşhur ifaçıdan Türkiyəyə dəstək
- Dünyada 29 milyondan çox narkoman var
- Dünyada qaçqınların sayı artıb