Əli Əhmədov İraq diplomatı ilə görüşüb
21:54 05 İyul 2016
Baş nazirin müavini Əli Əhmədov İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Al-Şüveylini onun xahişi ilə qəbul edib.
Femida.az-ın xəbərinə görə, Azərbaycanla İraq arasında ümumi dəyərlərə əsaslanan tarixi bağların mövcudluğunu xatırladan Ə. Əhmədov müasir dövrdə qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini önə çəkib. O, Bağdadda baş vermiş dəhşətli terror aktından kədərləndiyini bildirərək, bütün dünyada sülhə və sabitliyə real təhlükə olan beynəlxalq terrorizmlə mübarizədə səylərin birləşdirilməsinin zəruriliyini qeyd edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən İraqın müvəqqəti işlər vəkili Fadil Al-Şüveyli öz ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələrə maraq göstərdiyini söyləyərək, xüsusən iqtisadi-mədəni sahədə səmərəli əməkdaşlığın genişlənəcəyinə ümidvar olduğunu vurğulayıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 784
Oxşar xəbərlər
- Əli Həsənov Kestutis Yankauskas ilə görüşüb
- Əli İnsanov məhkəməyə gəlməkdən imtina etdi
- Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
- Əlil gənclər təhsil haqqından azad olmaq istəyirlər
- Əli İsmayılovun qardaşı həbs olundu
- Əliyar Əliyevin xatirə lövhəsinin açılışı olub
- Əlillərin işə götürülməsindəki çətinliklər - Nazir səbəbini açıqladı
- Əlillərə ortopedik xidmət göstərilib
- Əli Ağami apellyasiya şikayəti verəcək
- Əli Həsənovun nəvəsi məhkəməyə gətirildi - ZƏRƏÇƏKMİŞLƏR GƏLMƏDİ (YENİLƏNİB)