Əlil gənclər təhsil haqqından azad olmaq istəyirlər


16:58     29 Dekabr 2017 qenire9.jpg

Əlil gənclər ali təhsil haqqından azad olmaq üçün Milli Məclisə müraciət edib.

Femida.az Trend-ə istinadən xəbər verir ki, əlillərin müraciətini Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qənirə Paşayeva çatdırıb.

Q.Paşayeva bildirib ki, ali təhsil müəssisələrində təhsil alan əlil gənclərin sayı o qədər də çox deyil:

"Əlil gənclərin təhsil almasına şərait yaradılsa, onlar da öz gələcəklərini qura bilər və hansısa peşəyə sahib ola bilərlər".

Femida.az

Açar sözlər:

Oxunub: 767