Ağstafada yol qəzası: piyada öldü


22:08     06 İyul 2016 1436105092_1433932210_gencede-piyadanin-olumu-ile-neticelenen-yol-qezasi-bash-verib%20(1)6.jpg

Ağstafa rayonunun Dağkəsəmən kəndində yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az DİN-in saytına istinadən bildirir ki, iyulun 5-də saat 23 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndində şəhər sakini Turan Rzayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarında dayanmış “VAZ-21011” markalı avtomobilə çırpıb və idarəetməni itirdiyindən yolu keçən kənd sakini Gülarə Yusubovanı vurub.
Hadisə zamanı xəsarət alan G.Yusubova yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1045