Sarkisyan Sefilyanı həbsdə saxladı


21:31     08 İyul 2016 sarkis9.jpg

Cinayət işləri üzrə Ermənistan Apellyasiya Məhkəməsi radikal müxalifət yönümlü "Yeni Ermənistan" ictimai qurtuluş cəbhəsinin lideri Jirayr Sefilyanın haqqında çıxarılan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətini təmin etməyib.


Femida.az erməni KİV-nə istinadən xəbər verir ki, Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin Sefilyanla bağlı qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, Sefilyan qanunsuz yolla silah əldə etməkdə və saxlamaqda ittiham olunur. Müttəhim ittihamları qətiyyən qəbul etmir.

Femida.az

Açar sözlər:

Oxunub: 679