Lavrovun Bakı səfərinin detalları açıqlandı - VİDEO


03:53     09 İyul 2016 lavrov%20etiraff2.jpg

"Lavrovun səfəri üçün hər şey hazırdır - proqram razılaşdırılıb və bütün detallar müəyyənləşdirilib"



Femida.az xəbər verir ki, bunu ANS TV-yə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.

Səfirinin sözlərinə görə, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana səfərinin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır.

"Bilirsiniz ki, Rusiya son dövrlərdə bu istiqamətdə fəaliyyətini artırıb. Rusiya prezidenti Vladimir Putin iyunun 20-də Azərbaycan və Ermənistan prezidentlərini Sankt-Peterburqa dəvət etmişdi. Onlar razılaşdırıblar ki, Sergey Lavrov münaqişənin həlli ilə bağlı öz diplomatik fəaliyyətini davam etdirsin. Nazir iyulun 4-də Ermənistanda oldu və 1 həftəlik məzuniyyətini bitirdikdən dərhal sonra 1-ci gün Azərbaycana gələcək".


Açar sözlər:

Oxunub: 3556