Minsk qrupunun həmsədrləri sabah Qarabağı müzakirə edəcəklər


16:56     10 İyul 2016 2899801.jpg

Sabah Vyanada ATƏT-in Minsk Qrupunun üzvlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair müzakirə aparılacaq.


Femida.az-ın məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində yazıb.

"Sabah Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrləri Minsk Qrupunun üzvlərini Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticələri və gələcək addımlar barədə məlumatlandıracaq",- deyə o bildirib.

Açar sözlər:

Oxunub: 1449