Bu da son : ermənilərin iş və çörək axtarışı


19:00     29 İyun 2015 armen.JPG

Ermənistan siyasi kataklizm girdabında..


Ermənistan siyasi kataklizm girdabında Dünyanın aparıcı mətbu orqanları, agentlikleri iyun 23-də İrəvan şəhərinin mərkəzində - “Marşal Baqramyan” prospektində izdihamlı aksiyanın keçirilməsi ilə bağlı məsələyə geniş yer verdilər.

Xatırladaq ki, etiraz dalğasını elektrik enerjisinin qiymətinin artırılmasına dair qərar doğurub. Belə ki, Ermənistanın İctimai Xidmətlərin Tənzimləməsi üzrə Dövlət Komissiyası ölkədə elektrik enerjisini 16 dram, təxminən (0.015) dollar artırıb. Etirazlar zamanı aksiyaçılara polis tərəfindən qeyri-adekvat güc tətbiq edildi, yüzlərlə insan həbs olundu.



Əslində,“həyəcan təbili” uzun müddət əvvəl çalınmışdı…

Xatırlayırsınızsa, 2008 ildə ölkəni bürüyən etiraz aksiyaları böyük qəddarlıqla yatırılmışdı. O vaxtdan indiyədək vəziyyətin stabilləşməsindən söhbət belə gedə bilməzdi. Tam əksinə olaraq, müəmmalı əsgər ölümlərinin sayı artmış, ölkədə məmur özbaşınalığı kollaps səviyyəsinə çatmışdı. İndiki hadisələri şərh edərkən, obyektivlik naminə daha bir tendensiyaya da toxunmağa dəyər. Son dövrlərdə Qərbin Rusiyaya tətbiq etdiyi maliyyə-iqtisadi sanksiyalar ikincinin forpostu olan Ermənistan iqtisadiyyatı üçün də ciddi başağrısına çevrilib. Həqiqətən, bu gün Ermənistan iqtisadiyyatı Politoloq Elman Nəsirovun təbirincə desək, “transfert iynəsinə oturmuş” narkomanı xatırladır. Acınacaqlı vəziyyətdə olan Ermənistan Avropa dövlətlərinə, xüsusən də Fransaya “qurbağa” ixracı hesabına ağır büdcə problemlərini həll etməyə çalışır.

Serj Sarkisyan hakimiyyəti böhrana gətirib çıxardı..



Əslində Erməmistanda tüğyan edən son hadisələri “sistemli böhranın” yeni mərhəlsi adlandırsaq daha doğru olar. Böhranın yeni mərhələsində xüsusi olaraq vurğulanmalı məqam isə ondan ibarətdir ki, həm kasıb təbəqə, həm də ki, cəmiyyətin yüksək zümrəsinin hədəfində eyni obyekt var. Bu Serj Sarkisyanın kriminal hakimiyyətidir. Yeni etiraz dalğasının harmonik xarakter daşıması və permanent ruh düşkünlüyünün təsiri altında daxili təlaş Serj Sarkisyan və onun tərəfdarlarını ciddi narahat etməyə başlayıb. Bunu ölkədə fəaliyyət göstərən “Armenia Today”, “Novosti Armeniya” , “lenta.ru” kimi Erməni informasiya vasitələri açıq şəkildə etiraf edirlər.



Ermənistan dövlətinin bugünki düşdüyü ağır situasiyanın səbəbləri sırasında heç şübhəsiz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Serj Sarkisyan hakimiyyətinin sərgilədiyi qeyri-konstruktiv mövqe başda gəlir. Regionda həyata keçirilən enerji layihələrindən Ermənistanın kənarda qalması Ermənistan iqtisadiyyatına ciddi təsirlər göstərib. Münaqişə eyni zamanda Ermənistanın demoqrafik vəziyyətinə də ciddi təsirlər göstərib. Belə ki, Ermənistanın Azərbaycanla, Gürcüstanla, Türkiyə ilə münasibətlərinin pozulması onun regionda iqtisadi blokada şəraitinə düşməsinə gətirib çıxardı. Bu da istər–istəməz Ermənistanda yaşayan əhali üçün iqtisadi çətinliklər yaratdı və əhalini Ermənistanı tərk etməyə vadar etdi. Bir sıra statistik məlumatlara əsasən Ermənistanı hər il yüz minlərlə insan tərk edir. Təsadüfi deyil ki, Ermənisatan Müdafiə Nazirliyi əsgər çatışmazlığı ilə bağlı həyəcan təbili çalır. Analitik düşüncələrimi sonda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun təbiri ilə sonlandıraq : “Məsləhətdir ki, Serj Sarkisyan Cənubi Qafqazda gələcək sülhə birbaşa zərbə vuran bu kimi təxribatçı halları davam etdirməkdənsə, erməni xalqını müharibənin girovunda saxlamaqdansa, son illər ölkəsini kütləvi şəkildə tərk edən, iş və çörək axtarışında bütün dünyaya səpələnmiş həmvətənlərinin qeydinə qalsa daha yaxşı olar”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2045