Erməni əsgər başından vuruldu- Vəziyyəti ağırdır


00:18     11 İyul 2016 ermeni%20yarali0.jpg

Ermənistan ordusunun əsgəri ağır yaralanıb. Femida.az xəbər verir ki, bu barədə Ermənistanın shamshyan.com saytı məlumat yayıb.


Məlumatda qeyd olunur ki,günorta saatlarında əsgər Tiqran Mkrtçyan ağır vəziyyətdə İrəvan xəstəxanasına gətirilib.Onun Tavuş rayonu ərazisində Berdevan kəndi istiqamətində snayperdən vurulduğu bildirilib. Hazırda yaralı əsgərin vəziyyəti ağırdır.

Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu gün erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 12 dəfə pozub.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 14018