Doğuş zamanı daha bir ana ölümü - Ağsuda


15:21     15 İyul 2016 2015-02-04-10-22-32dogus-zamani7.jpg

Ağsu rayonunda hamilə qadın dünyasını dəyişib.


Hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Mirzəyeva Günel Əlipaşa qızının hamiləliyinin 22-ci həftəsində qəflətən halı pisləşib və onu təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə aparıblar. Ana bətnindəki 5 aylıq uşağın ölmüş olduğu məlum olub və süni yolla doğuş edərək uşağı götürüblər. Həkimlərin səyinə baxmayaraq ananın da həyatını xilas etmək mümkün olmayıb. Dünyasını dəyişən Günel Mirzəyeva 3 ildir ki, ailəli idi və ilk övladını dünyaya gətirəcəkdi. Faktla bağlı araşdırma aparılır.(Apa)

Femida.az

Açar sözlər:

Oxunub: 2221