Doğuş zamanı ana öldü,körpəsi sağ qaldı


18:42     19 Dekabr 2017 79f1852d-574f-4e29-b566-2ba09aa0c377.jpg

Bərdədə ana doğuş vaxtı ölüb.


Femida.az xəbər verir ki, APA-nın məlumatına görə, Bərdə rayon Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Könül Əliyeva Bərdə Mərkəzi Rayon Xəstəxanasında qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişib.

Yeni doğulan körpəni xilas etmək mümkün olub.

Yenilənib: ***

Bərdə rayonunda doğuş zamanı baş verən ana ölümünün səbəbi açıqlanıb.


Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsinin həkimi Tünzalə Quliyeva bildirib ki, 31 yaşlı qadının üzərində aparılan qeysəriyyə əməliyyatı zamanı anada emboliya yaranıb, dölyanı maye qəflətən qana keçib: “Anada aşağı venalar açıq olub. Bu səbəbdən də böyük həcmli maye qana keçib. Könül Əliyevanı bu səbəbdən, yəni damarlara keçən hava səbəbindən itirdik. Bu kimi hadisələr çox nadir hallarda baş verir”.

Açar sözlər:

Oxunub: 1752