17 yaşlı velosipedçini avtombil vurdu


16:24     15 İyul 2016 qeza_velosiped_045.jpg

Ağdaş rayonunda velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə Ağdaş-Qəbələ yolunda qeydə alınıb. Rayonun Yuxarı Ağcayazı kənd sakini, 1999-cu il təvəllüdlü Cəlilov Ayxan Fərman oğlu yolda hərəkət edərkən ehtiyatsızlıq edib və “NİVA” markalı minik avtomobili onu vurub. Ağır bədən xəsarətləri alan Ayxan Cəlilov təcili olaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (Apa)

Femida.az

Açar sözlər:

Oxunub: 820