Türkiyənin Bakıdakı səfirliyi açıqlama yaydı


14:00     16 İyul 2016 Türkiyənin%20Bakıdakı%20səfirliyi%20açıqlama%20yaydı

"Türkiyədə baş verən hadisələr xalqın seçdiyi hökumətə qarşı edilən çevriliş cəhdidir".


Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən Femida.az-a daxil olan məlumatda bildirilib.

Məlumatda daha sonra qeyd olunub: "Millətimiz birlik və bərabərlik nümayiş etdirərək buna qarşı çıxıb. Prezidentimiz və hökumətimiz öz vəzifələrini icra etməkdədir".

Səfirliyin açıqlamasında bunun Türk Silahlı Qüvvələrinin hamısının iştirak etdiyi hadisə olmadığını da qeyd edib: "Türk Silahlı Qüvvələrinin daxilindəki bir qrupun işidir və buna xalqımız tərəfindən cavab verilib".

Açar sözlər:

Oxunub: 1233