Türkiyədəki çevriliş cəhdinə YAP-dan reaksiya


15:25     16 İyul 2016 publika.az1454223140siyavush.jpg

"Azərbaycan xalqı, siyasi qüvvələri Türkiyə dövlətinin və türk xalqının yanındadır"


Bu sözləri Femida.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

YAP rəsmisi bildirdi ki, baş verənlərin səbəblərini istintaq orqanları araşdırıb ortaya çıxarmalıdır:

"Türkiyə tarixində bir neçə dəfə belə hadisələr olub. Hər bir xalqın seçiminə hörmətlə yanaşmaq lazımdır. Türkiyədə seçki olub, xalq öz seçimini edib, hakimiyyət formalaşıb. Heç bir ölkədə, o cümlədən Türkiyədə hakimiyyətin zorla dəyişdirilməsi yolverilməzdir".

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1646