İki mindən çox hakim işdən çıxarılıb - Türkiyədə


21:20     16 İyul 2016 big_1418802703_hokm.jpg

Türkiyədə iki mindən çox hakim vəzifəsindən azad edilib.


Femida.az "TRT Haber" telekanalına istinadən xəbər verir ki, Türkiyənin Məhkəmə-Hüquq Şurası (Hakimlər ve Savcılar Yüksek Kurulu) 2745 hakimin vəzifədən kənarlaşdırılması haqqında qərar qəbul edib.

Şuranın özünün isə 5 üzvünün səlahiyyətlərinə xitam verilib. Bu qərar ölkədə hərbi çevrilişə cəhddən sonra alınıb.

Bundan əlavə 140 hakiminin həbsi barədə qərar çıxarılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1566