Avropadan Türkiyəyə sərt cavab: Viza rejimi ləğv olunmayacaq


18:54     19 İyul 2016 a62df2e1f19ef2e5c46515edc33e6f46.jpg

Avropa Komissiyası bu il Türkiyə ilə viza rejimini ləğv etməyəcək.


Femida.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, Avropa İttifaqının rəqəmsal iqtisadiyyat və cəmiyyət məsələləri üzrə komissarı Günter Ottinger Türkiyədə hərbi çevrilişə cəhddən sonra başlayan həbs və işdən çıxarılma dalğası ilə əlaqədar ölkəyə bu il vizasız səyahat haqqı veriləcəyini təxmin etmədiyini deyib. O bildirib ki, Türkiyə hökuməti Brüssel tərəfindən müəyyənləşdirilən şərtləri yerinə yetirməlidir: "Qanunun aliliyi təmin olunmalıdır. Hazırda biz bunu müşahidə etmirik".

G. Öttinger bu yaxınlarda Türkiyədə millət vəkilliyi toxunulmazlığının ləğv olunmasını və çevriliş cəhdindən sonra aparılan təmizləmələri tənqid edərək bəyan edib ki, bu, müxalif partiyaların, azadlıqların sıxışdırılmasına yönəlib: "Dövlət bir anda minlərlə hakimdən imtiana edə bilməz. Məhkəmələrin müstəqlliyi əsas elementdir".

Femida.az

Açar sözlər:

Oxunub: 1584