Avropadan Rusiyaya daha bir zərbə


20:57     15 Sentyabr 2016 1460724403%20(1).jpg

Avropa İttifaqı Rusiya vətəndaşlarına və Ukraynanın şərqindəki separatçılara qarşı sanksiyaların müddətini 2017-ci ilin mart ayına qədər uzadıb.



Femida.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sanksiyaların uzadılması ilə bağlı qərar sentyabrın 16-da qurumun rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.

Aktivlərin dondurulmasını nəzərdə tutan və Aİ ərazisinə girişi qadağan edən sanksiyalar 146 fiziki və 37 hüquqi şəxs barəsindədir. Onların arasında milyarderlər Arkadi Rotenberq və Yuri Kovalçuk, iş adamları Konstantin Malofeyev, Nikolay Şamalov, Dövlət Dumasının deputatları Sergey Jelenyak, Sergey Mironov, Leonid Slutski və başqaları var.

Açar sözlər:

Oxunub: 2803