Elmar Məmmədyarov səfirlə son dəfə görüşdü


19:23     19 İyul 2016 elmar%20mememedyarov%20sefir.JPG

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidəni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.


XİN-in mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidəyə diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

E. Məmmədyarov Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidəyə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1050