Rusiyada general həbs olundu


19:43     19 İyul 2016 rusiya%20federal%20polis.jpg

Rusiyanın İstintaq Komitəsinin Moskva Baş İstintaq İdarəsinin rəis müavini, general-mayor Denis Nikandrov həbs edilib.


Femida.az Rusiya mətbuatına istinadən xəbər verir ki, generalın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs edilməsinə səbəb onun “Şakro Molodoy” ləqəbli qanuni oğru Zaxariya Kalaşovla əlaqələrinin olmasıdır.

İctimai Nəzarət Komissiyasının sədr müavini Yeva Merkaçeva faktı təsdiq edib və generalın saxlanılmasının qanuni oğrunun həbsi ilə bağlı ola biləcəyini bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1412