Ərdoğanla Obama nədən danışdı?


02:26     20 İyul 2016 OBAMA%20ERDOGAN.jpg

ABŞ prezidenti Barak Obamayla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.


Bu barədə Ağ Evin mətbuat katibi Coj Ernest jurnalistlərə bildirib.

"Telefon danışığı bu gün səhər olub. Prezident Barak Obama türkiyəli həmkarı Ərdoğanla söhbət edib" – deyə Ağ Ev sözçüsü bildirib.

C.Ernestin sözlərinə görə, Obama bu imkandan demokratik yolla seçilmiş mülki Türkiyə hökumətinə Birləşmiş Ştatlarının qətiyyətli dəstəyini bir daha təsdiq etmək üçün istifadə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1320