Ərdoğanla Putin təkbətək görüşdə Qarabağı müzakirə edib
00:43 21 Noyabr 2017
"Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Soçidə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını ancaq təkbətək görüşdə müzakirə ediblər".
Femida.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Diriöz bildirib.
O, noyabrın 13-də Soçidə Ərdoğanla Putin arasında yalnız təkbətək görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarının müzakirə olunduğunu söyləyib: "Bildiyiniz kimi Türkiyə və Rusiya dövlət başçıları Soçidə təkbətək və geniş tərkibdə görüşlər keçiriblər. Geniş tərkibdə görüşdə Qarabağ problemi müzakirə olunmayıb".
Türkiyəli diplomat prezident Ərdoğanın təkbətək görüşdə Dağlıq Qarabağ probleminin həllinin regionun inkişafı üçün vacibliyini Putinin nəzərinə çatdırıb: "Türkiyənin bu məsələdə mövqeyi bəllidir. Biz, bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıyıq. Münaqişənin həllinin bütünlükdə regionun inkişafına müsbət təsir edəcəyinə əminik".
H.Diriöz noyabrın 22-də Türkiyə prezidenti R.T.Ərdoğanın yenidən Rusiya səfər edəcəyini qeyd edib: "Bu dəfə Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin iştirakı ilə üçtərəfli görüş keçiriləcək".
Femida.az
Oxunub: 1247
Oxşar xəbərlər
- Ərdoğanla Putinin görüş vaxtı AÇIQLANDI
- Ərdoğanla Putin telefonda danışıb
- Ərdoğanla Putin arasında telefon danışığı olub
- Ərdoğanla Co Bayden arasında qapalı görüş
- Ərdoğanla Binəli Yıldırım ağladı - VİDEO
- Ərdoğanla Obama nədən danışdı?
- Ərdoğanla Putinin görüşü tezləşdirilə bilər
- Ərdoğanla Gül iş adamının tabutunu çiynində daşıdı
- Ərdoğanla Obama 1 saat telefonda danışdı
- Ərdoğanla Səudiyyə kralı arasında telefon danışığı