Ərdoğanla Putin arasında telefon danışığı olub


02:11     01 Dekabr 2016 322907_erdogan_1.jpg

Rusiya prezidenti Vladimir Putinlə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.


Femida.az xəbər verir ki, tərəflər Rusiya-Türkiyə münasibətlərini müzakirə ediblər.

Söhbət zamanı yaxın gələcəkdə müxtəlif səviyyələrdə baş tutacaq ikitərəfli görüşlər, Türkiyənin Suriya münaqişə ilə bağlı mövqeyi müzakirə olunub.

Qeyd edək ki, Ərdoğan çıxışında bildirib ki, “Fərat qalxanı” əməliyyatının məqsədi Əsəd rejimini devirməkdir. Buna münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov Ərdoğanın bəyanatının çox ciddi olduğunu və onun ötən bəyanatları ilə ziddiyyət təşkil etdiyini söyləyib.

Femida.az

Açar sözlər:

Oxunub: 1822