Nazir Belçika Krallığının səfirini qəbul edib


23:13     20 İyul 2016 Belgium_200716.JPG

Nazir Elmar Məmmədyarov Belçika Krallığının Azərbaycan Respublikasındakı səfiri xanım Karen Petiti diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.


Bu barədə XİN-dən Femida.az-a daxil olan məlumatda bildirilir.

Səfir xanım Karen Petit diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.

Görüşdə iki ölkə arasında olan münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Nazir Elmar Məmmədyarov səfir xanım Karen Petitə gələcək diplomatik fəaliyyətində uğurlar arzu etdi.

Femida.az

Açar sözlər:

Oxunub: 1216