Balakəndə güclü külək fəsad törətdi


01:49     23 İyul 2016 88e70ae53127c63de0ddd70ae886eda9.jpg

Balakən rayonunda əsən güclü külək bir sıra fəsadlar törədib.


Femida.az xəbər verir ki, bu gün axşam saat 19:15 radələrindən başlayaraq, respublikanın şimal-qərb bölgəsinin Balakən və Zaqatala rayonlarının ərazisində güclü külək müşahidə olunur.

Külək nəticəsində bir sıra yerlərdə ağaclar qırılıb, elektrik dirəkləri aşıb, yaşayış evləri və inzibati binaların dam örtüyü uçub.

Güclü külək Balakən Rayonu Mərkəzi xəstəxanasının damını uçurub. Bölgədə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1097