Konstitusiya Məhkəməsi Referendum qərarı verdi
16:06 25 İyul 2016
Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun Referendum Aktı layihəsi ilə bağlı iclası keçirilib.
Femida.az xəbər verir ki, iclasda Referendum Aktı layihəsinə müsbət rəy verilib.
Rəydə bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin təklifləri xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan Respublikası Konstitusiyasının ümumi müddəalarına və Azərbaycan Respublikası Konstitusiyasının 155-ci maddəsinin müddəalarına uyğundur.
Qərar dərc edildiyi gündən qüvvəyə minir. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.
Qeyd edək ki, Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.
Femida.az
Oxunub: 5125
Oxşar xəbərlər
- Konstitusiya Məhkəməsi Məmmədovun işinə baxdı
- Konstitusiya Məhkəməsi şikayətə baxıb
- Konstitusiya Məhkəməsinin kollektivi Cocuq Mərcanlıda
- Konstitusiya Məhkəməsinin Plenumu 363 qərar qəbul edib
- Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
- Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib
- Konstitusiya Məhkəməsi Aslanovun şikayətini icraata qəbul edib
- Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilib
- Konstitusiya Məhkəməsi Plenumunun iclası olub
- Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib