Nazir tankçılarımızla görüşdü
16:48 27 İyul 2016
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-inşaat işləri davam edir.
Femida.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müdafiə naziri Zakir Həsənov Gəncə şəhərində yeni inşa edilən hərbi hospitaldakı müalicə-diaqnostika, qərargah korpusu, eləcə də digər inzibati binalar və qurğularda gedən tikinti işlərinin keyfiyyəti ilə maraqlanıb.
Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev müdafiə nazirini görülən işlər haqqında məlumatlandırıb.
Mobil səhra hospitalının yeni açılan terapiya bölməsində yaradılan şəraitlə tanış olan müdafiə naziri Zakir Həsənov müvafiq tövsiyə və tapşırıqlarını verib.
Sonra müdafiə naziri cəbhəboyu zonada yerləşən tank hərbi hissələrinin birində şəxsi heyətlə görüşüb. Buradakı döyüş texnikası, trenajor mərkəzi və avtomobil texnikalarına baxış keçirib.
Müdafiə naziri şəxsi heyətlə müxtəlif hərbi hissələrdə keçirilən görüşlərdə Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da artırılması, sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.
Femida.az
Oxunub: 3252
Oxşar xəbərlər
- Nazirliyə 262 minə yaxın müraciət daxil olub
- Nazir müavininin kürəkəninin intihar səbəbi bəlli oldu - Təfərrüat
- Nazirlər Kabinetindən ali təhsil müəssisələriylə bağlı QƏRAR
- Nazir Zərdaba gedir
- Nazirliyə 23 mindən çox müraciət daxil olub
- Nazir uşaq ölümündən danışdı
- Nazirlik ölkə üzrə reydlərə başladı - Qanunsuz satış edənlər cərimələndi
- Nazir ön xəttdə yoxlama apardı
- Nazirlik əhaliyə müraciət etdi
- Nazir İmişlidə görüş keçirdi