4 minə yaxın polis saxlanılıb - Türkiyədə


04:11     29 İyul 2016 Türk-polisi-logo1.jpg

Uğursuz çevriliş cəhdi ilə əlaqədar aparılan istintaq tədbirləri çərçivəsində bu günə qədər 3 min 706 polis saxlanılıb.


Femida.az xəbər verir ki, bunu Türkiyə Daxili İşlər naziri Əfqan Ala deyib.

“Həbs edilən polislərin sayı 1361-dir. Türkiyənin ehtiyac duyduğu qərarlar verildi. Hörmətli Prezidentimizin liderlik qabiliyyəti və millətin öz liderinin arxasında dayanması sayəsində xəyanətin öhdəsindən gəlməyi bacardıq. Tanklar və təyyarələr dayandırıldı. Çevriliş ehtimalını tam aradan qaldırmaq üçün islahatları davam etdirəcəyik”, - Ala bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 981