ANS-in lisenziyasına xitam verildi - Məhkəmə qərarı


16:26     29 İyul 2016 vahid-mustafayev.jpg

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) “ANS Müstəqil Yayım və Media” Şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə iddiasına baxıb.


Bakı Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə proses keçirilib.

Femida.az -ın Qafqazinfoya istinadən məlumatına görə, Məhkəmə ANS-lə bağlı qərar verib. Qərara alınıb ki, MTRŞ-nın ANS-in lisenziyasının ləğv olunması ilə bağlı verdiyi iddia təmin olunsun. Beləliklə, telekanalın lisenziyasına xitam verilib.

ANS tərəfi isə qərara etiraz olaraq Ali Məhkəməyə müraciət edəcəklərini bəyan edib.


Açar sözlər:

Oxunub: 7974