ANS-in məhkəməsində qalmaqal düşdü


23:53     02 Sentyabr 2016 mehkeme_258686577606.jpg

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə “ANS ÇM Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı məhkəmə prosesi keçirilib.



Femida.az-ın məlumatına görə, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ANS MTRŞ-nın lisenziyasının ləğv olunması ilə bağlı qərarının ləğv edilməsini istəyib.

Prosesdə "ANS Şirkətlər Qrupu"nun vitse-prezidenti Mirşahin Ağayev çıxış edib: “Məhkəmədən xahiş edirik ki, ədalətli qərar çıxarılsın. Biz bu dövlətə inanırıq və qanunları pozmamışıq".

Daha sonra ANS-in nümayəndəsi Raquf Mustafayev çıxış edib. O, çıxışında vəsatət verib.

MTRŞ-nın nümayəndəsi Toğrul Məmmədov isə qeyd edib ki, ANS Türkiyədə baş verən hadisə ilə bağlı FETÖ-çü terror təşkilatının rəhbəri Fətullah Gülənə dəstək verib: "MTRŞ bu səbəbdən ANS-in lisenziyasını bir aylıq dayandırıb".

Daha sonra Vahid Mustafayev MTRŞ-nın nümayəndəsi T.Məmmədova suallar ünvanlayıb. O, deyib ki, MTRŞ 15 iyulda televiziyanın terrorçuluğu təbliğ etdiyini bilibsə, niyə 4 gün gözləyib?

T.Məmmədov isə cavabında deyib ki, MTRŞ-nın iclası 18 iyulda keçirildiyi üçün həmin gün qərar verilib.

Vəkil Raqif Mustafayev T.Məmmədova "niyə ANS ÇM və ANS TV-nin bağlanması haqda eyni gündə qərar qəbul edildi?" sualını ünvanlayıb.

T.Məmmədov isə R.Mustafayevə "siz vəkil kimi sual vermirsiniz" cavabını verib.

Bundan sonra prosesdə qalmaqal yaşanıb. V.Mustafayev yüksək səslə T.Məmmədova "mənim vəkilimi təhqir etməyin, sizin cavabınızı verərəm" deyib.

Hakim qalmaqalı sakitləşdirib.

Açar sözlər:

Oxunub: 1635