ANS-in aparıcısı ölkəni tərk etdi


01:14     18 Sentyabr 2016 12510318_124533461257222_4530924771570756157_n%20(1)4.jpg

ANS Tv-nin "Xəbərçi" informasiya proqramının aparıcısı Natiq Nailəoğlu ölkəni tərk edib.


Femida.az xəbər verir ki, aparıcının hansı ölkəyə getdiyi bilinmir. Lakin onun Avropa ölkələrindən birinə getməsi barədə redaksiyamıza məlumat daxil olub.

Xatırladaq ki, aparıcı "Facebook" səhifəsində Heydər Əliyev adına Hava Limanından şəkil paylaşaraq bu sözləri yazıb:

"Sağ ol Bakı. Bəzən risk etmək lazımdır. Uğur mənimlə olsun".

Qeyd edək ki, lisenziyası ləğv edilmiş ANS-in aparıcısı Natiq Nailəoğlu yeni mövsümdən "Region TV" kanalının xəbərlər xidmətində aparıcı olaraq çalışacağı deyilirdi.



Femida.az

Açar sözlər:

Oxunub: 11476