Nazir vətəndaşlarla görüşdü
17:55 29 İyul 2016
Bu gün rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə vətəndaşların təklif, irad və şikayətləri ilə yerindəcə tanış olmaq üçün Qəbələ Mədəniyyət Mərkəzində bölgə sakinlərini qəbul edib.
Femida.az -ın xəbərinə görə, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarında yaşayan vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələləri ilə bağlı olub. Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.
Nazir digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
Oxunub: 1306
Oxşar xəbərlər
- Nazirliyə 262 minə yaxın müraciət daxil olub
- Nazir müavininin kürəkəninin intihar səbəbi bəlli oldu - Təfərrüat
- Nazirlər Kabinetindən ali təhsil müəssisələriylə bağlı QƏRAR
- Nazir Zərdaba gedir
- Nazirliyə 23 mindən çox müraciət daxil olub
- Nazir uşaq ölümündən danışdı
- Nazirlik ölkə üzrə reydlərə başladı - Qanunsuz satış edənlər cərimələndi
- Nazir ön xəttdə yoxlama apardı
- Nazirlik əhaliyə müraciət etdi
- Nazir İmişlidə görüş keçirdi