Mağazadan oğruluq edən şəxslər tutuldu


19:01     29 İyul 2016 1444025855_ogurluq1.jpg

Biləsuvar rayonunda mağazadan oğurluq etmiş şəxslər saxlanılıb.


Femida.az-ın məlumatına görə, iyulun 28-də rayonun Xırmandalı kənd sakini Sədaqət Məhərrəmova rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mağazadan pəncərədən girmək yolu ilə danışıq kartlarının, tütün məmulatının və məişət əşyalarının oğurlandığını bildirib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri Hüseyn Fətullayev və Fərid Mirzəyev isti izlərlə yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1363