Mağazadan oğurluq edənlər tutuldu


19:28     21 Noyabr 2017 1445850056_2015-06-02-14-41-58hebs-olundu-liderxeber-yeni-full-qandal-640.jpg

Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-da rayon ərazisindəki mağazalardan birindən danışıq kartları oğurlamaqda şübhəli bilinən rayon sakinləri Mehman Gəncəyev, Tural Lelimadov və Kamran Muradov tutulublar.



DİN-dən Femida.az -a verilən xəbərə görə, onların cari ilin sentyabr-noyabr ayları ərzində rayon ərazisində daha 1 evdən, 3 mağazadan pul, ərzaq məhsulları, danışıq kartları, habelə Qazma, Qabaqçöl, Mahamalar, Kortala, Meşəşambul və Şambul kənd məscidlərində olan nəzir qutularından pul oğurlamaları da müəyyən edilib.

Açar sözlər:

Oxunub: 570