Mağazadan 10 min manatdan çox pul oğurlandı
18:52 16 Noyabr 2017
Qax rayonunda mağazadan 10 min manatdan çox pul oğurlanıb.
Femida.az report-a istinadən xəbər verir ki, hadisə Qax şəhərində, Vaqif Eyvazov küçəsində yerləşən marketlərdən birində qeydə alınıb.
Belə ki, şəhər sakini Tamara Abuzər qızı Məmmədova Qax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək işlədiyi mağazadan naməlum şəxs və ya şəxslərin 10 000 AZN və 100 ABŞ dolları, həmçinin kassadan 300 manat pulu gizli yolla talayaraq ona maddi ziyan vurduğunu bildirib.
Market sahibinin report-a verdiyi məlumata görə, bir müddət əvvəl həyat yoldaşı avtomobilini sataraq 10 min manatı mağazada saxlayıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Femida.az
Oxunub: 725
Oxşar xəbərlər
- Mağazadan 70 min manatlıq siqaret oğurlanıb
- Mağazadan oğurluq edənlər tutuldu
- Mağazadan pulla dolu seyf oğurlanıb
- Mağazadan oğurluq edən 2 nəfər saxlanılıb
- Mağazadan oğurluq edən şəxs tutulub
- Mağazadan 40 kq ət, 2 tərəzi oğurladılar
- Mağazadan 40 telefon oğurlandı
- Mağazadan oğurluq edən şəxs tutulub
- Mağazadan oğruluq edən şəxslər tutuldu
- Mağazadan oğurluq olub - Ucarda