Abituriyentlər UNEC-lə tanış olublar


01:39     30 İyul 2016 siaphoto_556407.jpg

İyulun 29-da abituriyentlər və valideynləri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar.


UNEC-dən Femida.az-a verilən məlumata görə, ali məktəbin rektoru, professor Ədalət Muradov universitetdə həyata keçirilən islahatlardan, yeniliklərdən söz açaraq, ali məktəbin strateji hədəflərindən danışıb. Bildirib ki, regionun iqtisadyönümlü ən böyük təhsil ocağı olan və dörd dildə təhsil verən UNEC-də tədrisin yeni keyfiyyət standartı olan “Elektron Universitet” modelinin tətbiqinə başlanılıb.

Rektor universitetdə tələbələr üçün yaradılan şəraitdən, müasir standartlar səviyyəsində qurulan müəllim-tələbə münasibətlərindən, keyfiyyətli təhsilin təşkili, şəffaf mühitin yaradılması məqsədilə görülən işlərdən danışıb.

Bildirilib ki, dünyanın ali təhsil müəssisələrinin reytinqini müəyyən edən “Webometrics”in hesabatına əsasən, UNEC Azərbaycan universitetləri arasında liderliyini qoruyub saxlayır. Universitetin gələcəyə hesablanan hədəflərini açıqlayan Ə.Muradov başlıca məqsədin UNEC-i dünya səviyyəli universitetlər sırasında görmək olduğunu bildirib.

Sonda rektor abituriyentlər və valideynlərin suallarını cavablandırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 864