Polis iki futbolçumuzu saxladı
22:07 31 İyul 2016
"Qarabağ"ın futbolçusu Qara Qarayev və "İnter"in yarımmüdafiəçisi Mirhüseyn Seyidov xoşagəlməz halla üzləşiblər. Mürhüseyn Seyidov və Qara Qarayev 20 Yanvar dairəsi yaxınlığında polis tərəfindən saxlanılıb.
Femida.az apasport.az-a istinadən xəbər verir ki, DYP əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün Seyidovun idarə etdiyi "Hyundai" markalı minik avtomobilini saxlayıb. Bu zaman Qarayev DYP əməkdaşına 2 gün sonra çexiyalılarla vacib oyunlarının olduğunu bildirərək, onlara güzəşt edilməsini və Seyidova hansısa cərimənin yazılmamağını xahiş edib.
Buna baxmayaraq, DYP əməkdaşı fikrindən dönməyib və Seyidova protokol tərtib edib.
Xatırladaq ki, "Qarabağ" - "Viktoriya" qarşılaşması 2 gün sonra baş tutacaq. Bir həftə öncə Plzendə keçirilən oyunda hesab açılmamışdı.
Oxunub: 1416
Oxşar xəbərlər
- Polisi aldadanlar cərimələnəcək
- Polis əməliyyat keçirdi - Tutulanlar var
- Polis əməliyyat keçirdi - Tutulan var
- Polis Şöbəsinə mülki işçi axtarılır
- Polis əməliyyat keçirdi - Tutulanlar var
- Polis futbolçuları güllələdi – VİDEO
- Polis rəisi narkotikin zərərlərindən danışdı
- Polis Azərbaycan diaspor rəhbərinə zorakılıq etdi
- Polis intiharın qarşısını alıb
- Polis Şöbəsində saxlanılan şəxs özünə xəsarət yetirdi