TQDK 17 abituriyentin xeyrinə qərar verdi


14:31     03 Avqust 2016 imtahan52.jpg

Qəbul imtahanlarının nəticələri ilə əlaqədar yaradılmış Apelyasiya Komissiyası məlumat yayıb.



Femida.az xəbər verir ki, 23 iyulda ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında A və C variantlarında coğrafiya fənni üzrə istifadə edilmiş 75 saylı test tapşırığı açıq tiplidir və uyğunluğun müəyyən edilməsi tələb olunur. Test tapşırığı elmi-metodiki baxımdan doğrudur və ümumtəhsil məktəblərində istifadədə olan VIII sinif “Coğrafiya” dərsliklərinə əsaslanır.

Qəbul imtahanında yüksək bal toplamış və bu tapşırığı cavablandırmış 17 abituriyent test tapşırığının həllində IX sinif dərsliyi ilə VIII sinif dərslikləri arasındakı incə bir fərqi də dərindən təhlil edərək, bununla bağlı Apelyasiya Komissiyasına müraciət ediblər. Apelyasiya Komissiyası tərəfindən bu məsələ araşdırılıb və müraciət edənlərin xeyrinə həll edilib.

Qeyd olunduğu kimi test tapşırığı açıq tiplidir və Apelyasiya Komissiyasının qərarı yalnız ona düzgün cavab vermiş abituriyentlərə şamil olunur.

Açar sözlər:

Oxunub: 2262