TQDK TOEFL imtahanı keçirəcək


19:29     16 Noyabr 2016 Logo11.png

Noyabrın 26-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) TOEFL imtahanı keçirəcək.


Femida.az-ın TQDK-ya istinadən məlumatına görə, komissiya “Educational Testing Service (ETS)” təşkilatı tərəfindən sertifikatlaşdırılmış administrativ test mərkəzi kimi təsdiq edilib.

Bu imtahan ali təhsil səviyyəsində ingilis dili üzrə bacarıqları istifadə etmək, oxuyub anlamaq və s. meyarları ölçmək üçün vasitədir. TOEFL iBT imtahanı vasitəsilə oxu, yazı, dinləmə və danışıq üzrə səriştələri tətbiq etmə dərəcəsi müəyyən edilir. Online şəkildə keçirilən TOEFL iBT imtahanı ingilis dilli ölkələrdə təhsil almaqda əhəmiyyətli rol oynayır.

Femida.az

Açar sözlər:

Oxunub: 1439