SOCAR-da neçə nəfər işçi çalışır?


14:48     05 Avqust 2016 1476fd334ec641562849a63c06c50efa.jpg

2015-ci ildə SOCAR-ın işçilərinin ümumi sayı 52 min 104 nəfər olub.


Femida.az şirkətin açıqladığı hesabata istinadən xəbər verir ki, 2014-cü ilin sonuna SOCAR-ın əməkdaşlarının sayı 54 min 714 nəfər idi. Beləliklə, il ərzində 2 610 nəfər SOCAR-ın sıralarını tərk edib.

2015-ci ildə SOCAR Azərbaycanın tərkibində hüquqi şəxs statusuna malik 3 istehsalat birliyi, 4 zavod, 2 trest və 1 institut daxil olmaqla 25 struktur bölməsi fəaliyyət göstərir.

Hesabatda deyilir ki, qeyd edilən dövr ərzində dünya bazarında neftin qiymətinin qeyri-stabil olmasına baxmayaraq SOCAR neft-qaz hasilatı və neft məhsullarının istehsalı ilə əlaqədar bütün proqnozlara, eləcə də ixrac öhdəliklərinə əməl edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1478