SOCAR-da işləyənlər nə qədər maaş alır?


18:23     30 Noyabr 2016 socar_gallery_1.jpg

SOCAR-ın strukturuna daxil olan qurumlar üzrə hesablanmış əmək haqqı və ona bərabər tutulan digər ödənişlər barədə hesabatlar əsasında əmək haqqının strukturu araşdırılır və müvafiq təkliflər hazırlanır.


Femida.az SOCAR-ın 2015-ci il üçün illik hesabatına istinadən xəbər verir ki, hesabat dövründə SOCAR üzrə cəmi hesablanmış əmək haqqı və digər ödənişlər 563,68 mln manat olub ki, bu da 2014-cü il ilə (597,62 mln man.) müqayisədə 33,94 mln manat və ya 5,7 % azdır. 2015-ci ildə işçilərə cəmi hesablanmış əmək haqqı və digər ödənişlərin tərkibində vəzifə (tarif) maaşlarının məbləği 304,61 mln manat və ya əmək haqqı fondunda xüsusi çəkisi 54% təşkil edib.

Hesabata əsasən, şirkət üzrə işçilərin orta aylıq əmək haqqı 887,34 manat təşkil edib. 2015–ci il ilə (882,08 manat) müqayisədə 5,26 manat və ya 1% artıb. Şirkətin strukturunda fəaliyyət göstərən qurumlardan daxil olan iş vaxtından istifadə balansının vəziyyəti haqqında məlumatlar təhlil edilir və müvafiq təkliflər hazırlanır.

Belə ki, 2015-ci ildə mümkün olan maksimal iş vaxtı fondu 10712008 adam/gün təşkil edir və bunun 94%-dən və ya 10073873 adam/günündən səmərəli istifadə edilib. Bir nəfərə düşən orta aylıq iş vaxtı 16 adam/gün. İş vaxtından artıq işlənmiş iş saatları - cəmi 1053884 adam(saat) təşkil edib. 1 nəfərə düşən iş vaxtından artıq iş 2,9 adam/gün təşkil edir.

Açar sözlər:

Oxunub: 5580